"Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb" - Xanımından açıqlama

13-11-2019 [16:00]
Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb. 

Mia.az xəbər verir ki, bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib. O, İstanbulda "Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.

İnfeksiyanın mənşəyi, ağ ciyərə necə düşməsi məlum deyil.

"Həkimlər əllərindən gələni edirlər, amma infeksiya barədə bir şey demirlər və heç bir proqnoz vermirlər”, - F. Gülalıyeva bildirib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra  Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib


SON XƏBƏRLƏR