Bakıda 12 minlik dəmir qapı oğurlayan şəxs saxlanıldı

img

13-11-2019 [13:07]


Bakıda sexdən 12300 manatlıq dəmir qapılar oğurlanıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 29-dan noyabrın 10-dək olan müddətdə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 12300 manat dəyərində dəmir qapılar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini P.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR