Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara qarşı yeni əməliyyata başlayıb

13-11-2019 [12:27]
Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara qarşı yeni əməliyyata başlayıb. 

"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin cənub-şərqində - Van, Hakkari və Şırnak əyalətlərində "Kıran 6” antiterror əməliyyatı başlayıb.

Əməliyyata 2360 polis əməkdaşı və jandarm, eləcə də 157 xüsusi təyinatlı dəstə qatılıb.

Qeyd edək ki, antiterror əməliyyatının birinci mərhələsi bu il avqustun 19-da başlayıb. Əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 10 mindən çox üzvü zərərsizləşdirilib. 


SON XƏBƏRLƏR