Gürcüstanda yeni təhsil naziri təyin olunub

13-11-2019 [11:13]
Gürcüstanın baş naziri Giorgi Qaxaria Mixeil Çxenkelini ölkənin təhsil, elm, mədəniyyət və idman naziri təyin edib.

"Report”un yerli bürosu xəbər verir ki, yeni nazir bu vaxta qədər baş nazirin müşaviri işləyib.

O, 2017-2018-ci illərdə Gürcüstanın təhsil və elm naziri vəzifəsini tutub.

Qeyd edək ki, keçmiş təhsil, elm, mədəniyyət və idman anziri Mixeil Batiaşvili noyabrın 7-də istefa verib.


SON XƏBƏRLƏR