Eldar Əzizov Sabunçu sakinləri ilə görüşdü, müvafiq tapşırıqlar verdi - FOTO

img

13-11-2019 [10:47]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu Sabunçu qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, paytaxtın və Sabunçu rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi "Açıq mikrofon” formatında ilə keçən görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün paytaxt sürətlə inkişaf edir və müasir görkəm alır. O, vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Prezident İlham Əliyevin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır.

Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, yeni liftlərin quraşdırılması, məhəllələrin əsaslı təmiri və s. məsələlərdən danışan Eldar Əzizov bildirib ki, "Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 30-dan çox sakin çıxış etmiş, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəb tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsi və s. olub.

Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR