Naxçıvan Qarnizonu qoşunları döyüşə hazırlıq dərəcəsinə gətirildi – VİDEO

img

12-11-2019 [17:53]


Azərbaycan Ordusunda keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri aidiyyətı üzrə sərəncam qaydasında qaldırılaraq müvafiq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Mia.az MN-ə istinadla  xəbər verir ki, təlim üç mərhələdə icra ediləcək.

Təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətlərinin məşq etdirilməsi planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR