Zakir Həsənov rəhbər heyətlə xidməti müşavirə keçirib - VİDEO

img

12-11-2019 [16:43]


Müdafiə naziri, general-polkovnik Zakir HəsənovAzərbaycan Ordusu miqyasında əməliyyat təlimlərinin başlanması ilə bağlı Nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.

Müşavirə zamanı əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti ilə bağlı brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları barədə məruzələr dinlənilib.

Müxtəlif qoşun növlərinin əməliyyatların planlaşdırılması qruplarında olan Müdafiə naziri qoşunlara və bölmələrə qərarların və döyüş tapşırıqlarının çatdırılması üzrə müvafiq göstərişlər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR