Ramiz Mehdiyev İsa Həbibbəylinin köməkçisinə yeni vəzifə verdi - AMEA-da dəyişiklik

img

12-11-2019 [16:17]


Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının yeni yaradılan İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Mia.az xəbər verir ki, bu, Akademik Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) apardığı struktur islahatları çərçivəsində baş tutub.

Belə ki, Ramiz Mehdiyevin sərəncamı ilə AMEA Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. 

Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.

Xatırladaq ki, A.Şükürova qədər AMEA-nın Mətbuat və informasiya idarəsinin rəhbəri vəzifəsini Zülfüqar Fərzəliyev tuturdu.

Xatırladaq ki, A.Şükürov vaxtı ilə "Azərbaycan" qəzetində işləyib. Daha sonra o, AMEA-ya dönüb, elmi fəaliyyətini davam etdirib.

Son vəzifəsinə qədərsə, o, akademik İsa Həbibbəylinin köməkçisi olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub