"Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusunda öldülər - Prokurorluqdan açıqlama

12-11-2019 [11:57]
"Ağ şəhər”də iki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, noyabrın 11-i səhər saat 8 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən "Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.


SON XƏBƏRLƏR