"İndi hərbçilər xalqa qarşı silah tətbiq edərsə..." - Müdafiə naziri istefa verdi

img

12-11-2019 [11:30]


Boliviyanın müdafiə naziri Xavyer Savaleta istefa verdiyini açıqlayıb.

O, bu barədə həmvətənlərinə ünvanladığı videomüraciətində bildirib.

X.Savaleta qeyd edib ki, o və Silahlı Qüvvələrin Baş komandanı (istefa vermiş prezident Evo Morales) heç vaxt əsgərlərə və dənizçilərə xalqa qarşı silahdan istifadə etmək əmri verməyib.

"İndi hərbçilər xalqa qarşı silah tətbiq edərsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək", - o deyib.

Daha əvvəl Boliviya Silahlı Qüvvələrinin komandanı Uilyams Kaliman polisin istəyi əsasında hərbçilərin də küçələrdə asayişi bərpa etmək işinə cəlb olunacağını açıqlamışdı.

X.Savaleta eyni zamanda prezidentliyə namizəd Karlos Mesanı və Evo Moralesin yenidən prezident seçilməsinə etiraz edənlərin lideri Luis Fernando Kamaçonu münaqişənin daha da gərginləşməsinə imkan verməməyə çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR