Boliviyanın lideri ölkədən qaçdı: "Həyatımızı xilas etmək üçün..."

img

12-11-2019 [10:38]


Boliviyanın lideri Evo Morales bildirib ki, təyyarə ilə ona siyasi sığınacaq verməyə razılaşmış Meksikaya uçub.

Bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"Qardaş və bacılar, mən təyyarə ilə Meksikaya uçuram. Təmənnasızlıq üçün bizim həyatlarımızı xilas etmək məqsədilə siyasi sığınacaq vermiş bu qardaş ölkəsinin hökumətinə təşəkkür edirəm", - deyə o, "Twitter"də yazıb.

Morales "siyasi səbəblərdən ölkəni tərk etməyin ağrılı olduğunu etiraf edib. Sabiq dövlət başçısı bununla belə, tezliklə yeni güclə ölkəyə qayıdacağını söz verib.

Daha əvvəl Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib ki, ölkəsi Boliviyanın sabiq prezidenti Evo Moralesin xahişinə cavab olaraq ona siyasi sığınacaq verib/Report.

Qeyd edək ki, Boliviya Prezidenti Evo Morales ölkəsindəki genişmiqyaslı etiraz aksiyalarına görə ötən gün istefa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR