Sumqayıtda mağazadan seyf və tütün məmulatı oğurlayan keçmiş məhkumlar tutulub

11-11-2019 [14:26]
Sumqayıtda mağazadan seyf və tütün məmulatı oğurlayan iki nəfər tutulub.

Mia.az DİN-ə istinadla bildirir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat pul olan seyfi, yaddaş qurğusunu və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov saxlanılıblar.


SON XƏBƏRLƏR