Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb

img

11-11-2019 [13:52]


Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 5000 manat, 2300 ABŞ dolları, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılıb.

Oğurluqda iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR