Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

11-11-2019 [12:42]

Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.  Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeronda gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava ssasən yağmursuz eçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti təşkil edəcək. 



SON XƏBƏRLƏR