11-11-2019 [00:23]
Qoç - həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.
Buğa - bu günün hadisələri sizi sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür.
Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.
Əkizlər - çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.
Xərçəng - mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri, hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.
Şir - işgüzar baxımdan xoş gündür, işdəki probemləri tez həll edirsiniz. Karyerada irəliləyiş mümkündür. Vəzifəcə sizdən üstün olan həmkarlarınızla dil tapa, nüfuzlu insanlar arasında ortaq qazana bilərsiniz. Uzaq gələcəkdə yaxşı gəlir gətirə biləcək sövdələr bağlaya bilərsiniz.
Fiziki işlə məşğul olmaq, elektrik avadanlıqları və mürəkkəb mexanizmlərlə iş görmək məsləhət deyil. Ev işi sizi çox yoracaq. Axşamı sağlamlaşdırıcı prosedurlara həsr edin, yaxud gözəllik salonuna baş çəkin.
Qız - ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Qızlar insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.
Tərəzi - zəifliklərinizə müqavimət göstərin. Onlar çoxsaylı və müxtəlifdir, ancaq bunlara sinə gərmək üçün kifayət qədər gücünüz var. Unutmayın, bugünkü bütün hərəkətləriniz gec, ya da tez hər kəsə bəyan olacaq - odur ki, sonra utanacağınız bir addım atmayın.
Sənədlərin hazırlanması, dövlət orqanlarının nümayəndələri ilə təmaslar üçün münasib gündür. Vacib məlumatı vaxtında alacaq və ondan lazımi qaydada istifadə edəcəksiniz. Unutmayın, şəxsi işlərinizdə tələskənlik və həddən artıq qətiyyət göstərməyiniz hər şeyi korlaya bilər, götür-qoy etməlisiniz.
Əqrəb - düşünülməmiş, qətiyyətli hərəkətlər günüdür: bunların əsl motivi heç özünüzə də bəlli deyil. İş bundadır ki, intuisiyanız hakimiyyəti ələ alıb, sağlam düşüncə isə onun ardınca çatdırmır. Əməllərinizin nəticəsi gözlənilməz, ancaq xoş olacaq.
Elmi ədəbiyyat oxumağınız, peşəkarlığınızı artırmaq, dünyagörüşünüzü genişləndirmək məsləhətdir. İntellektual potensialınız çox yüksəkdir, bundan yararlanmağa çalışın. Gözlənilmədən şəxsi xarakterli vacib suallarınıza cavab ala bilərsiniz.
Oxatan - mürəkkəb texnikanın alışı və onunla iş üçün münasib gündür. Çətinlik çəkmədən mürəkkəb təlimatları, yeni funksiyaları mənimsəyirsiniz. Səfərlər uğurlu keçir, bunlara çox vaxt sərf etməli olsanız da, yorulmursunuz. İşgüzar xarakterli səyahətiniz romantik məcraya yönələ bilər.
Monoton rutin işlər cansıxıcıdır. Bir az şəraiti dəyişib əylənməyə çalışın. Gözlənilməz təklifi qəbul etməkdən, əvvəllər olmadığınız yerlərə getməkdən çəkinməyin. Alış-veriş üçün uyğun gündür: unikal, orijinal əşyalara diqqət yetirin.
Oğlaq - strateji məsələlərin həlli və uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz. Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Dolça - ehtiyatlı olmasanız da, uğurlarınız çoxdur. Ciddi problemlərdən yan keçəcəksiniz. Ancaq bir qədər diqqətli olmağınız məsləhətlidir. Yerinə yetirə bilməyəcəyiniz vədlər verə, yaxud əl-ayağınızı bağlayacaq müqavilə bağlaya bilərsiniz.
Bir çox Dolçalar bu gün gələcək üçün işləyirlər. Özü də bu, həyatın bütün sahələrinə aiddir. Odur ki, zəhmətinizin bəhrəsini tezliklə dadacağınıza həvəslənməyin. Köhnə tanışlarla görüşlər, qırılmış əlaqələrin bərpası üçün münasib gündür.
Balıqlar - xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq.
Milli.Az
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı