Ruhaniyə çıxışı zamanı xalq yerdən "utan və vəzifəni burax" dedi - O isə Ali dini lideri suçladı, sərt mesajlar verdi

img

10-11-2019 [22:42]


İran Prezidenti Həsən Ruhani ABŞ-a yeni neft yatağı kəşf etdikləri ilə bağlı mesaj verərəkən, xalqın təpkisi ilə qarşılaşıb.

Mia.az Haberlər.com-a istinadla bildirir ki, Ruhani Yezd şəhərində çıxış edərəkən "ABŞ neftimizin satışına mane olduğu bir ərəfədə İranın Neft Nazirliyi 80 metr dərinlikdən çıxacaq 53 milyard barel neft ehtiyatı olan yeni yataq aşkarlayıb", - deyə bildirib.

O qeyd edib ki, həmin yataq 2400 kv.km-lik ərazini əhatə edir.

Diqqətçəkən məqam budur ki, İran Prezidentinin çıxışı zamanı yerlərdən etirazlar çoxalıb.

ABŞ-ın sanksiyaları üzündən ciddi iqtisadi və sosial problemlərlə üzləşən əhali Ruhaninin çıxış zamanı "Ruhani, utan və vəzifəni burax", "Bəhanə uydurma, problemi həll et", "İqtisadiyyat, iqtisadiyyat" kimi şüarlar səsləndiriblər. 

Ruhani bu çağırışlara cavab olaraq deyib ki, əleyhinə şüar səsləndirilənlər İran xalqından deyillər.

O, eyni zamanda, ölkədəki korrupsiya halları ilə Prezidentin deyil, Ali Dini lider Ayətullah Seyid Əli Xameneiyə bağlı olan istintaq orqanının məşğul olduğunu bildiirib və onları ittiham hədəfinə çevirib: "Milyon, yaxud milyard tümənlik korrupsiya faktlarını araşdıran istintaq xalqa açıqlama verməlidir. Bir neçə nəfəri məhkəməyə göndərməklə, xalq aldanmaz. Mən, eyni zamanda, neft  nazirini 700 milyon dollar və Mərkəzi Bank rəhbərliyini isə 2 milyard dollar  korrupsiya məsələsi ilə bağlı açıqlama vermələrini tələb edirəm. Eyni zamanda, nəzarətedici qurumlarda 947 milyon dolların hesabını versinlər"".

Ruhani hökumətin 18 milyardlıq korrupsiyaya bulanması haqda iddilara da cavab olaraq belə deyib: "Mənim rəhbərliyim dönəmində 1 dolar belə mənimsəmə ola bilməz. Buna imkan verməyəcəm".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR