“Balakişi müəllimə dedim ki..." - İTV-də "sədr davası" olacaq? + VİDEO

09-11-2019 [15:52]
"ARB 24”ün "24 dəqiqə” proqramının növbəti buraxılışının qonağı Dadaş Dadaşlinski olub.

İctimai Televiziyanın (İTV) efirində yayımlanan "3D” verilişinin aparıcısı Dadaşlinski Dadaş Dadaş oğlu açıqlamaları ilə diqqət çəkib.

Dadaşlınski peşəkar jurnalist çatışmazlığından danışıb.

 Əlavə edib ki, İTV-nin sədri postuna iddialıdır: 

"Balakişi müəllimə öz verilişimdə də dedim ki, mən hara getsəm, həmin qurumun ən yüksək pilləsinə çatmışam. Ona görə də hazır olsun. 

Mənim iddiam odur ki, telekanalın sədri olum. Rəqabət artıq başlayıb. Növbəti seçimlər 1-2 ilə olmalıdır. Mən öz namizədliyimi irəli sürəcəyəm”.

Yenisabah.az



SON XƏBƏRLƏR