Bakı və Masallıda maşın qaçıranlar saxlanıldı

img

09-11-2019 [12:41]


Bakı şəhər və Masallı rayonunda avtomobil qaçırılıb.

DİN-dən Mia.az-a verilən məlumata görə, Yasamal Rayon polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Bundan başqa, Masallı Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma apaırlır.

Digər xəbərlər
SON XƏBƏRLƏR