Axtarışda olan 25 nəfər tutuldu - DİN-dən açıqlama

09-11-2019 [11:36]
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 8-də törədilən 17 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR