"Metroda gediş haqqı artımı gözlənilmir" - Rəsmi açıqama

08-11-2019 [16:13]
"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir"

Bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib: "Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir". 

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir". /Report


SON XƏBƏRLƏR