Bakıda 8-ci sinif uşağının hamilə qalması və... - Bakı polisi xəbərin yalan olduğunu açıqladı

img

08-11-2019 [14:13]


"Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil". 

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə Bakıda 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də Rusiyada yaşayan atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi haqda məlumatı yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR