Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə videosu yayıldı - VİDEO

img

08-11-2019 [13:06]


Vətənpərvər videolar hazırlamaqla Azərbaycanda məşhurlaşan Turxan, Nərgiz, Camal Museyibovların növbəti layihəsi 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gününə həsr olunub. 

Mia.az xəbər verir ki, onlar bu videoda Qarabağ qazisi, 2015-ci ilin oktyabrında döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmiş Kamil Musavi ilə birlikdə çəkiliblər. 

Şəhidlər Xiyabanında çəkilən videoda Vətənə, bayrağa sevgidən bəhs olunur. 

Sosial şəbəkədə paylaşılan video hər kəs tərəfindən maraqla qarşılanıb. 

Extreme Film LLC-nin layihəsi olan videonun ideya müəllifi Tural Müseyibov, rejissoru Emin Əhmədov, redaktoru Sevinc İsagəndərovadır. 

Xatırladaq ki, Turxan, Nərgiz, Camal Museyibovlar keçmiş xəbər aparıcısı, hazırda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun övladlarıdır.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR