Azərbaycan millisinin heyəti açıqlandı

img

08-11-2019 [11:05]


Avropa Çempionatının (AÇ-2020) seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Mia.az xəbər verir ki, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə millimizin noyabrın 11-dən 16-dək Bakıda, noyabrın 17-dən 19-dək isə Bratislavada təlim-məşq toplanışı təşkil olunacaq.

Bu oyunlar üçün Azərbaycan milli komandasına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Bədavi Hüseynov, Abbas Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar  Rəhimov ("Səbail")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Erzgebirge” , Almaniya), Cavid Hüseynov ("Zirə"), Eddi İsrafilov ("Albasete", İspaniya)

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Vüsal İsgəndərli ("Keşlə"), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR