Məşhur yazıçının həyat yoldaşı özünü 7-ci mərtəbədən atdı

07-11-2019 [23:32]
Bu gün Türkiyənin Ankara prokurorluğunun binasından özünü atan şəxsin kimliyi bəlli olub.

Mia.az xəbər verir ki, intihar edən şəxs məşhur yazıçı Seray Şahinlərin həyat yoldaşı İbrahim Özkandır.

Məlumata görə, 35 yaşlı Özkan içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə edilib.

Məhz buna görə, məhkəmə ona 4 ay 5 gün həbs cəzası verilib. Lakin məhkəmə hökmün icrasını təxirə salıb. Buna baxmayaraq, İbrahim özünü ədliyyə binasının 7-ci mərtəbəsindən atıb.

O, ağır  vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.

Mia.az


SON XƏBƏRLƏR