Ərdoğan Budapeştdə Osmanlı dərvişinin mavzoleyini ziyarət edib

img

07-11-2019 [17:22]


Macarıstanda birgünlük səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeşt şəhərində XVI əsrin Osmanlı dərvişlərindən biri Gül Babanın mavzoleyini ziyarət edib. 

Mia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, qardaş ölkənin dövlət başçısı Macarıstan paytaxtında keçirilən Osmanlı dövründə Türk Oxçuluğu miniatür sərgisi ilə də tanış olub.

Sonra Rəcəb Tayyib Ərdoğanın Macarıstan Prezidenti Yanoş Ader ilə görüşü olub. Şandor sarayında keçirilən təkbətək görüşdən sonra Macarıstanın Baş Naziri Viktor Orban və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə-Macarıstan Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası öz işinə başlayıb. İki ölkə arşında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir neçə sənədin imzalanacağı da gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR