Müsavat Partiyası Bakıda piket keçirmək istəyir - Partiya Eldar Əzizova məktub göndərdi

07-11-2019 [14:00]

Müsavat Partiyası Bakıda piket keçirmək istəyir.

Mia.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirilməsi ilə bağlı meriyaya rəsmi məktubla müraciət edilib.

Xatırladaq ki, Müsavat noyabrın 10-da Baknı mərkəzində aksiya keçirmək istəyirdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti dünən partiyaya cavabında aksiyanın şəhərin mərkəzində deyil, Lökbatanda keçirilməsini məqsədəuyğun sayıb. Bu cavaba görə isə, partiya piket keçirmək qərarı verib.



SON XƏBƏRLƏR