Bakıda qaz xəttinə çırpılan maşın alovlandı - FOTO

07-11-2019 [12:17]
Gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb. 

Bu barədə "Azəriqaz"dan Mia.az-a verilən məlumata görə, nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib: "Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub". 

Məlumata görə, hadisə nəticəsində maşın da yanıb.


SON XƏBƏRLƏR