07-11-2019 [12:12]
Bakıda evdən içərisində 10 min manat olan seyf oğurlanıb.
Mia.az DİN-ə istinadla bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.