"İnsanları zəhərləməkdən bezmədiniz?" - Jurnalistdən "Araz" supermarketinə qəzəbli sual + FOTO

img

07-11-2019 [12:02]


Bakı sakini "Araz” supermarketində satılan kolbasanın istifadəyə yararsız olduğundan şikayətlənib.
 
Vətəndaş almaq istədiyi "Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib.
 
Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Qəzəblənən alıcı üzünü maqaza sahiblərinə tutub:
 
"Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı, bu "Veysəloğlu"nda hər şey bu cür idarə olunur? Bu, cinayətdir, ay adamlar”,
 
Şərhlərdə vətəndaş kolbasanın çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb./ Oxu.az
 
Qeyd edək ki, bu fotonu sosial şəbəkədə jurnalist Səbuhi Məmmədli yayaraq, şikayətlənib.
 
Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR