Bakıda keçmiş məhkum taksi sürücüsünü bıçaqla hədələdi və...

07-11-2019 [11:54]
Bakıda keçmiş məhkum taksi sürücüsünü bıçaqla hədələyərək avtomobilini qaçırıb.

Mia.az DİN-ə istinadla bildirir ki, "102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub. 

Müraciətlə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi "Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib.

O, həmin ərazidə sürücünü bıçaqla hədələyərək avtomobildən düşüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.


SON XƏBƏRLƏR