Prezident Xalq şairinə mənzil verdi: “Bu qoca və xəstə halımda..."

07-11-2019 [10:44]

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya şairin özü məlumat verib.

O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:

"Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə, özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

 



SON XƏBƏRLƏR