Professor və dosent elmi adları ilə bağlı - Dəyişiklik

07-11-2019 [10:34]

Nazirlər Kabineti dosent və professor elmi adları barədə attestatların formasının təsdiq edilməsi haqqında qərara imzalayıb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, dosent və professor elmi adları barədə attestatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi ad verilmiş şəxslərə həmin elmi adı təsdiq etmək məqsədilə verilir.

Qərara əsasən, Dosent Attestatının təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Dosent Attestatı açıq mavi rənglidir.

Eyni zamanda qərarla Professor Attestatının da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mmx 285 mm ölçüdə mühafizə nişanlı kağızda çapolunacaq. Professor attestatı açıq çəhrayı rənglidir.

Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.



SON XƏBƏRLƏR