Baş nazir bu ixtisasın adını dəyişdi - Qərar

07-11-2019 [10:21]
Baş Nazir Əli Əsədov "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, qərarla "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda "Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək "Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib.


SON XƏBƏRLƏR