Hökumət diplomlarla bağlı qərar verdi - Detallar

img

07-11-2019 [10:12]


Nazirlər Kabineti Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında qərar imzalayıb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Eyni zamanda, Fəlsəfə Doktoru Diplomunun təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Qərarla Elmlər Doktoru Diplomunun da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR