Çempionlar Liqası: "Qalatasaray" "Real"a rüsvayçı hesabla uduzdu

07-11-2019 [09:01]
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

Mia.az xəbər verir ki, turun ikinci oyun günündə 3 komanda Fransa PSJ-si, Almaniya "Bavariya"sı və İtaliya "Yuventus"u 1/8 finala vəsiqəni təmin edib.

A qrupunda yer alan PSJ Belçika "Brügge"si üzərində 1:0 hesablı qələbə sayəsində xallarını 12-yə çatdırıb və mərhələ adlayıb. 

Qrupun digər matçında Türkiyə "Qalatasaray"ı isə İspaniyada "Real Madrid"ə rüsvayçı hesabla uduzub.

Digər oyunların nəticələri ilə tanış olun:

A qrupu

24:00. PSJ (Fransa) - "Brügge" (Belçika) - 1:0

Qol: Mauro İkardi, 22

24:00. "Real Madrid" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 6:0

Qollar: Rodriqo, 4; 7; 90+2. Serxio Ramos, 14 (penalti ilə). Kərim Benzema, 45; 81.

Xal durumu: PSJ – 12, "Real Madrid" - 7, "Brügge" - 2, "Qalatasaray" - 1.

B qrupu

21:55. "Bavariya" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 2:0

Qollar: Robert Levandovski, 69. İvan Perişiç, 89

24:00. "Srvena Zvezda" (Serbiya) - "Tottenhem" (İngiltərə) - 0:4

Qollar: Covani Lo Çelso, 34. Son Hın Min, 57; 61. Kristian Eriksen, 85

Xal durumu: "Bavariya" - 12, "Tottenhem" - 7, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

24:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:3

Qollar: Bruno Petkoviç, 25. Luka İvanuşek, 83. Ariyan Ademi, 89 - Alan Patrik, 13. Junior Moraeş, 90+3. Tete, 90+8 (penalti ilə)

Qırmızı vərəqə: Nikola Moro, 74 - Marlos, 79

24:00. "Atalanta" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:1

Qollar: Mario Paşaliç, 49 - Rəhim Stelinq, 7

Qırmızı vərəqə: Klaudio Bravo, 81 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 10, "Şaxtyor" - 5, "Dinamo" - 5, "Atalanta" - 1.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Yuventus" (İtaliya) - 1:2

Qollar: Aleksey Mirançuk, 12 - Aaron Remsi, 4. Duqlas Kosta, 90+3

24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

Qollar: Tomas Partey, 41 (öz qapısına). Kevin Volland, 55 - Alvaro Morata, 90+4

Xal durumu: "Yuventus" - 10, "Atletiko" - 7, "Bayer" - 3, "Lokomotiv" - 3.


SON XƏBƏRLƏR