Çempionlar Liqası: "Bavariya" və "Yuventus" 1/8-də

07-11-2019 [00:02]

UEFA Çempionlar Liqasında 1/8 finala ilk vəsiqələrin sahibləri müəyyənləşib.

Bu hüquqa Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları yiyələnib.

Münhen təmsilçisi Yunanıstan "Olimpiakos"u ilə görüşdə 2:0 hesablı qələbə qazanıb. Qolları 69-cu dəqiqərə Robert Levandovski və 89-cu dəqiqədə İvan Perişiç vurub. Bununla da xallarını 12-yə çatdıran "Bavariya" B qrupunda liderliyini möhkəmlədib və növbəti mərhələyə vəsiqəni təmin edib.

D qrupunun qarşılaşmasında isə "Yuventus" Rusiyanın paytaxtı Moskvada "Lokomotiv"lə görüşdə qələbəyə nail olub - 2:1. Hesabı 4-cü dəqiqədə Turin komandasından Aaron Remsi açsa da, 12-ci dəqiqədə Aleksey Mirançuk bərabərlik qolunu vurub. Qonaqlardan Duqlas Kosta isə 90+3-cü dəqiqədə qələbə topuna imza atıb. Bu nəticədən sonra "Yuventus" xallarını 10-a çatdıraraq, vahid liderə çevrilib və vaxtından əvvəl növbəti mərhələni təmin edib. "Lokomotiv" isə 3 xalla 3-cü yerdə gedir/Report.



SON XƏBƏRLƏR