Hakim köməkçisi və vəkillər... - Əsas onlar hakimliyə can atır (Araşdırma)

img

06-11-2019 [21:44]


Xəbər verdiyimiz kimi, bu gün hakim vəzifəsinə namizədlər yazılı imtahan verib.
 
Hakimlərin Seçki Komitəsindən Mia.az-a verilən məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 158 namizəddən cəmi 81-i 60 və daha çox bal toplayıb.
 
Bəs, maraqlıdır, imtahandan uğurla keçən hakimliyə namizədlər kimlərdir? Onlar haqqında ümumiyyətlə, nələr bilirik?
 
Mia.az imtahandan keçən hakimliyə namizədlərdən bəziləri haqda məlumatları təqdim edir:
 
1. İmtahandan bu gün uğurla keçən Əliyeva Gülsüm Kamal qızı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiyevnanın köməkçisidir.
 
2. Abiyeva Kəmalə Nəbi qızı isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının hakimi Tağızadə Mirzə Nəsib oğlunun köməkçisidir
 
3. Abbasov Zaur Vahid oğlu isə bundan əvvəl də hakim olmaq istəyib. Lakin uğur qazana bilməyib. O, vəkildir.
 
4. Alıyeva Arzu İdayət qızı vəkildir.
 
5. Ağalarov Həmid Azər oğlu da hakim köməkçisidir. O, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi məhkəmə iclaslarında katiblik edir.
 
6. Babayev Aydın Vahid oğlu 2016-cı ildə də hakim olmaq istəyib. Lakin o, müvafiq presdurlardan həmin ili keçə bilməyib.
 
7. Bədəlov Emil Nizami oğlu da vəkildir.
 
8. Qaraşov Roman Ağasən oğlu da Bakıda vəkillik fəaliyyəti ilə məşğuldur.
 
9. Quliyev Ceyhun Əmir oğlu da hakim köməkçisidir. O, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində işləyir.
 
10. Quliyeva Güləndam Gündüz qızı isə vəkildir.
 
11. Eminov Əziz Mürsəl oğlu - Vəkil
 
12. İbrahimov Sərxan Vahid oğlu müxtəlif məhkəmə orqanlarında işləyib. O, həmçinin İqtisadiyyat Nazirliyində də işləyib. Hazırda vəkildir.
 
13. İmanov Xəqani Qurban oğlu da vəkildir.
 
14.  Yusifova Ülkər Bayram qızı da vəkildir.
 
15. Kərimova Mahirə Nəzər qızı Sumqayıt Apellyasiya Məhkəməsində hakim köməkçisidir.
 
16. Mahmudova Həqiqət Sahib qızı isə Sumqayıtda vəkildir.
 
17. Mehdiyev Rahid Baxşəli oğlu da vəkildir.
 
18. Salahova Səlma İsgəndər qızı da Bakı Apellyasiya Məhkəməsində katibdir.
 
Ümumiyyətlə, araşdırmaya görə, hakim olmaq istəyən 81 namizədin mütləq əksəriyyəti vəkildir. Düzdür, aralarında dövləq qulluqçusu da var. 
 
Digər bir maraqlı məqam isə budur ki, namizədlərdən heç birinin elmi dərəcəsi yoxdur.
 
Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR