Səhiyyə nazirinin müavini 3 min dollar alarkən tutuldu

img

06-11-2019 [19:40]


"Ermənistanın baş naziri korrupsiyanın olmadığını desə də, keçmiş səhiyyə nazirinin müavini Ovannes Arutyunyan 3 min dollar alarkən tutulub”.
 
Bunu Ermən Milli Səhiyyə Şurasının sədri, uroloq Gevork Qriqoryan noyabrın 6-da mətbuat konfransında bildirib.
 
"Səhiyyə sahəsində korrupsiya riski qalır. Korrupsiyanın qarşısını almaq üçün nə qədər istəyirsiniz cəzalandırın, onsuz da müsbət irəliləyiş olmayacaq. "Korrupsiyaya yox” qışqırsalar da, səhiyyə nazirinin müavini 3 min dollar rüşvət alarkən tutulub. Baş nazir Nikol Paşinyan korrupsiyaya yox desə də, faktlar başqa şeyi bildirir. Mən bəyanata deyil, fakta inanıram”, - deyə sədr vurğulayıb.
 
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan səhiyyə nazirinin müavini Ovannes Arutyunyanı oktyabrın 15-də tutduğu vəzifədən azad edib. Qeyd edək ki, o, cari ilin aprelində bu vəzifəyə təyin edilmişdi/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR