Bakı-Yalama elektrik qatarı tələbatı ödəmir - Sərnişinlər Cavid Qurbanova müraciət etdi

06-11-2019 [18:15]
Bildiyiniz kimi, Bakı-Yalama-Bakı marşrutu ilə hərəkət edən  elektrik qatarları uzun illərdir fəaliyyət göstərir.

Bu qatardan çoxlu sayda insan istifadə edirdi.Sovetdən qalan qatarlar olsa da hər gün bu marşrut ilə  2 dənə qatar işləyirdi (səhər və günorta və axşam qrafiki ilə)və  bu qatarlar onların keçdiyi ərazilərdə yaşayanların nəqıliyyata olan tələbatını pis-yaxşı təmin edirdi.Ancaq  6-7 il əvvəl ,həmin 4 vaqonlu qatarlar ləğv edildi,bir müddət  deyəsən sırf  yalnız dəmiryolçular üçün fəaliyyət göstərirdi.

Sonradan sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq  həmin istiqamətdə qatarların hərəkəri  yenidən  bərpa olundu. Amma gündə cəmi bir dəfə. 

Belə ki,  hal-hazırda  Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı sərnişin stansiyasından yola düşür, saat 01-10-da Yalama stansiyasına çatan qatar, 03-30-da Yalama stansiyasından  geri qayıdır.

Düzdür, hal-hazırda işləyən bu qatar 6 vaqonludur və daha müasir, rahat  və yenidir, amma sərnişinlərin tələbatını tam ödəyə bilmir.

Belə ki, qatarın keçdiyi Keşlə, Biləcəri, Xırdalan, Güzdək,Sumqayıt, Yaşma,Giləzi, Siyəzən, Şabran, Xaçmaz, Yalama və sairə  yaşayış yerlərində, ara stansiyalarda kifayət qədər əhali yaşayır  ki,onların əksəriyyəti aztəminatlıdır. Əgər sərnişinlər  əvvəl ara məsafədən asılı olaraq 1-3 manata rahat və qənaət edərək  bu qatarla  gedib-gəlirdilərsə, indi məcbur olun avtobuslara 3-6 manat xərcləyirlər. Yəni bu maştrutla gündə 2, hətta 3 qatarın günün müxtəlif saatlarında   işləməsinə ehtiyac var. Bu sərnişinlər üçün həm sərfəli, həm də rahat olardı.

Bu səbəbdən adışəkilən və çəkilməyən ərazilərdə yaşayan bir qrup sakin mətbuat vasitəsilə   "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan xahiş edir ki, yenidən onların çoxsaylı arzu və təklifləri nəzərə alaraq Bakı-Yalama-Bakı maştrutuilə hərəkət edən  elektrik qatarlarının sayı ən  azı 2 dəfə artırılsın ki,onların nisbətən ucuz nəqliyyata olan tələbatı tam ödənilsin və onlar əziyyət və artıq xərc çəkmədən bu  qatarlardan  istifadə edə bilsinlər.

 Baxmayaraq  ki, dəmir yolçular ödənişsiz gedir bu qatarlarda,ən azından bu qatarlardan elə çoxlu sayda  dəmiryolçular istifadə etmək imkanınından məhrum olub.

Mia.az


SON XƏBƏRLƏR