Müsavatın mitinqlə bağlı müraciətinə rəsmi cavab verildi - Partiyadan etiraz

img

06-11-2019 [15:37]


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.

Mia.az xəbər verir ki, partiyanın noyabrın 10-da Bakıda mitinq keçirmək istəyinə baxılıb: "Mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib".

Partiya isə bu qərara etiraz edərək, mitinqi təxirə salıb  və noyabrın 12-də meriyanın qarşısında piket keçirəcəklərini bəyan edib.

Xatırladaq ki, Müsavat şəhərin mərkəzində aksiya keçirmək üçün Bakı İcra Hakimiyyətinə 3 yer təklif etmişdi. Lakin meriya onları da Lökbatana istiqamətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR