General Seyfulla Əzimov 9 rayonun sakinləri ilə görüşəcək

img

06-11-2019 [14:52]


Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov noyabrın 23-də Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR