"Aztelekom" və “Baktelecom”dakı tenderlər etiraz doğurdu - Ekspert rabitədəki maliyyə oyunlarını sadaladı

06-11-2019 [14:31]
"Aztelekom" tender elan edib və 3000 ədəd LTE modemi almaq üçün 397800 AZN ayırıb. Modemi istifadəçilərə 180 manata satacaq. Ötən il "Baktelecom” (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC – Red.) LTE modemlər üçün təxminən elə bu qədər vəsait xərcləmişdi. "Baktelecom” dövlət hesabına alınan bu modemləri daha baha, 210 manata satır”.

"Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. 

O. Gündüz sözlərinə belə davam edib:

"Aztelekom" ötən ay keçirilən daha bir tenderlə , İPTV infrastrukturu qurmaq üçün 530574.02 AZN xərcləyəcək. Ötən il də bu məqsədlə milyonlarla vəsait xərcləyib. Qurum cari ilin əvvəli keçirdiyi tenderlə 30080 sayda ADSL və 640 sayda POTS port tutumu yaradılması üçün DSLAM avadanlığına 796004.12 AZN ayırıb.

"Aztelekom" ötən il özünə məxsus olan internet şəbəkəsinin qurulmasına bir şirkətə 14 milyon manat ayırıb.

"Aztelekom" və "Baktelecom” dövlət operatorları kommersiya fəaliyyətlərini təmin etmək üçün dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər. 

Hər iki dövlət qurumu getdikcə bazarda xüsusi çəkilərini artırırlar. NRYTN (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – Red.) tənzimləməni onların xeyrinə aparır. Çünki öz qurumlarıdır. 

Özəllər hələlik Antiinhisar Xidmətinə (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti – Red.) və Məhkəmələrə üz tutublar.

Antiinhisar Xidməti bu dövlət qurumlarına məxsus resurslardan dövlət və özəl provayderlərin bərabər əsaslarla istifadəsi məqsədilə NRYTN üçün məcburi olan qərar qəbul edib. Qərar indiyədək icra olunmayıb və NRYTN bununla bağlı heç vaxt açıqlama verməyib.

"Aztelekom”un inhisarçılığı ilə bağlı regionalrda özəl provaydrelərin sayı azalıb.

Əslində bu qədər dövlət vəsaitləri , bu qədər dövlət resursları qarşısında özəl provayderlər tab gətirə bilirlərsə, bu özü bir qəhrəmanlıq hesab oluna bilər.

Xatırladıram ki Prezident bir müddət öncə məhz bu tip inhisarçılığın qarşısnı almaq üçün yeni təyin olunan nazir Mikayıl Cabbarova ciddi tapşırıqlar verib.

Ümid edirəm, nazir haqsız rəqabətin qarşısını ala biləcək və Antiinhisarın rolunu gücləndirəcək”.


SON XƏBƏRLƏR