"Hər səhər ofisə ən tez İlqar gəlir, çay qoyur, çay dəmləyir..." - Məclis sədrinin istefasına reaksiya

img

06-11-2019 [13:52]


"ReAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq, dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İlqar bəy də bunu normal qarşılayıb. İndiki siyasi sistemdə başqa təşkilatlarda bu,  mümkün deyil”.

Mia.az xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının (ReAL) yetkilisi Natiq Cəfərli partiyanın Məclis sədri Azər Qasımlının istefasına münasibət bildirərkən deyib.

O, daha sonra bildirib ki, hər səhər ofisə ən tez İlqar gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir: "Belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. ReAL təkadam təşkilatı ola bilməz, bu, mümkün deyil, belə olsaydı ReAL-ı niyə yaradırdıq ki?!  Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da. ReAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. ReAL-ın özəlliyi və gözəlliyi də məhz budur! ReAL həmişə şəxsi incikliyini və ambisiyasını arxa plana alan liderlərin təşkilatıdır. Bu, belədir, belə də olacaq!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR