Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib: "Sağ olsunlar"

06-11-2019 [13:18]
Avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib.

Mia.az xəbər verir ki, F.Gülalıyeva həyat yoldaşının müalicəsinə yardım etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib:

"Hazırda Oqtay Gülalıyevin vəziyyəti kritik ağır olaraq qalır. İkinci dərəcəli koma vəziyyətindədir. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alaraq Oqtay Gülalıyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardım üçün dəstək oldu. Buna görə, çox sağ olsunlar"

Xatırladaq ki, O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb.


SON XƏBƏRLƏR