Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb

img

06-11-2019 [11:51]


Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 4-də Hacıqabul rayon sakini bir qadın DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanılıb. Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR