"REAL"ın Məclis başqanı istefa verdi - Azər Qasımlıdan İlqar Məmmədova sərt ittihamlar

06-11-2019 [11:40]
REAL Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

O, istefasını partiyadakı proseslərlə əlaqələndirib: "Mən istəyirdim ki, ReAl iki hissəyə bölünməsin. Mən bu prosesin qarşısını almaq istədim. ReAL-da avtoritar rejim qurulub. Kollektiv qərarvermə ciddi zədələnib. Mən ReAl ailəsindən yox, İlqar Məmmədovun partriyasından gedirəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyasnın adamı olmalıdı. Siyasətdən getmirəm, mövqeyimi dəyişməmişəm”.


SON XƏBƏRLƏR