Bakıda maşında erməni mahnısı oxudaraq, sosial şəbəkədə yayan şəxs qandallandı

img

06-11-2019 [11:19]


Bakıda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Bildirib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir.

Xatırladaq ki, təxminən bir həftə əvvəl sosial şəbəkədə yayılan videoda naməlum şəxslər maşında erməni mahnısı səsləndirərək, Bakı və azərbaycanlılar haqqında xoşagəlməz sözlər deyirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR