İçərişəhərdə bıçaqla hədə gəldi... - Bakı sakini tutuldu

img

06-11-2019 [10:48]


Bakıda quldurluq hadisəsi baş verib.

Mia.az DİN-ə istinadla bildirir ki, noyabrın 2-də İçərişəhərin M.Maqomayev küçəsində saat 12:30 radələrində naməlum şəxs Bakı şəhər sakini C.Rüstəmbəylini bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra C.Rüstəmbəyli hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR