Bakıda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

06-11-2019 [10:39]
Bakıda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ə.Ağayevdən 9 795 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin 14-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü C.Hüseynovu saxlayıb.

Onun üzərinə baxış keçirilən zaman 7 400 qram marixuana aşkar edilərək götürülüb.


SON XƏBƏRLƏR