Tacikistan-Özbəkistan sərhədində gərginlik: 15 silahlı öldürüldü, 1 əsgər və 1 polis həlak oldu + FOTO

img

06-11-2019 [10:15]


Tacikistan-Özbəkistan sərhədində sərhədçilərlə 20 nəfərlik silahlı dəstə arasında baş verən atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib, 1 əsgər və 1 polis əməkdaşı həlak olub.

"Report” "CA-NEWS”a (TJ) istinadən xəbər verir ki, məlumatı Tacikstan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Xidməti yayıb.

Hadisə noyabrın 6-da səhər saatlarında baş verib. Bir qrup silahlı "Sultanabad” sərhəd dəstəsinin 4 saylı "İşkobod” sərhədyanı zastavasına hücum edib. Sərhədçilərin açdığı atəş nəticəsində onların 15-i öldürülüb, 5-i isə saxlanlıb. Atışma nəticəsində bir əsgər və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı ölüb.

Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat nəticəsində silahlı qruplaşmanın 4 avtomobili də məhv edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR